Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb” - Türkiyə Prezidenti

“Bartindəki mədəndə partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, partlayışın necə baş verdiyi aydınlaşacaq: “İstintaq tədbirləri başlayıb. Əgər bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, əlbəttə, onlar tapılacaq".

Ərdoğan axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.