Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda yeni park açıldı - FOTOLAR

İyunun 8-də prezident İlham Əliyev Bakının Səbail rayonunda, Həsən Seyidbəyli küçəsində yeni salınmış “Çəmbərəkənd” parkına baş çəkib.

AZƏRTAC xəbər verir ki, parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları çəkilib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, fəvvarə inşa edilib, iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.

Sürüşmənin qarşısını almaq üçün istinad divarının çəkildiyi, idman və uşaq əyləncə qurğuları quraşdırıldığı bildirilir.

Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib.