Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda su basmış ərazidə iki nəfər boğularaq ölüb, cəsədləri çıxarılıb - VİDEO

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki nəfər boğularaq ölüb. 

FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədlərinin aşkarlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında qeyd edilib.

Bildirilib ki, FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.