Bakıda qadın maşına hücum çəkdi - Polis araşdırma aparır-VİDEO
05 Sentyabr 2026
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadın avtomobilə hücum çəkib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə qadının maşına zərbələr endirdiyi, şüşələrini sındırmağa çalışdığı əks olunub.
İddialara görə, sözügedən avtomobil hadisəni törədən xanımın həyat yoldaşına aiddir.
Əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanları hadisədən məlumatlıdır. Həmin şəxs artıq aidiyyəti polis şöbəsinə dəvət olunub.
Sözügedən görüntüləri təqdim edirik: