Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda "parkinq" sərgüzəşti: Kim istəsə kəsir, kim istəsə tikir... - FOTO/VİDEO

Bu gün səhər tezdən Bakının Nəsimi rayonunda ağacların kəsilərək yerində parkinq təşkil edilməsi sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib və ciddi narazılığa səbəb olub. Belə ki, ərazidə çoxillik ağaclar kəsilib, piyadalar üçün səki isə daraldılıb.



Sosial şəbəkədə, həmçinin sözügedən ərazinin bu dəyişiklikdən öncəki görüntüsünün fotosu da yayılıb.

Bundan sonra ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən faktla bağlı araşdırma başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd olunur ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti xəbər yayıb ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSR Xalq artisti Şəfiqə Məmmədovadır.



Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nizami Mayılov qanunsuz parklanma yerinin sökülməsi zamanı jurnalistlərə açıqlamasında bildirib ki, heç bir quruma məlumat vermədən, heç kəsin xəbəri olmadan parklanmanı genişləndiriblər: “Burda əvvəl də kiçik parklanma var idi. Ağacın kəsilməsi rəsmi rəy əsasında olsa da, parklanmanın genişləndirilməsi heç bir qurumun xəbəri olmadan aparılıb. Araşdırma aparılacaq. Təqsirkar varsa, cəzasını alacaq. BNA-ya müraciət edilsə də, müsbət rəy almayıblar. BŞİH-in isə məsələyə heç bir aidiyyəti yoxdur”.



Mayılov əlavə edib ki, parkinq gecə saatlarında təşkil edilib: “Gecə saatlarında heç bir rəsmi sənəd olmadan qanunsuz parklanma yeri düzəldilib”.

Faktla bağlı Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələndiyi xəbəri yayılıb.

Amma maraqlıdır ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyev şəxsən özü, Facebook profilində Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevi tag edərək, yaradılan parkinqə görə özünü xoşbəxt hiss etdiyini qeyd edib.

Bununla bağlı  Əli Vəliyevin özünün də maraqlı görüntüləri yayılıb. Əvvəlcə parkinq yeri ilə bağlı vətəndaşlarla mübahisə edən mətbuat katibi, sonra səhvə yol verdiyini də etiraf edir.





 










Посмотреть эту публикацию в Instagram























 

Публикация от Oxu.Az (@oxuaz)






Görəsən bu gün səkiləri kəsib, piyadaların yolunu daraldaraq, yaşlı ağacların axırına çıxan, öz şəxsi avtomobillərinə düz binanın önündə parkinq düzəltmək təşəbbüsü göstərən bu məmurlar nə vaxt və kim tərəfindən cəzalandıracaq?