Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda güclü YANĞIN: 2 helikopter qaldırıldı - VİDEO

Bakıda sexdə yanğın başlayıb.




Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğının məhdudlaşdırılması üçün aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri səfərbər edilib. Nəticədə yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.




Əlavə məlumat veriləcək.