Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda "BMW" avtobusun altına belə girdi - VİDEO

Ötən gün Hövsan qəsəbəsində marşrut avtobusu ilə minik avtomobilinin toqquşması barədə xəbər vermişdik.

Jurnalist Asif Bağırov sosial şəbəkədə həmin hadisənin videosunu paylaşıb.

Onun yaydığı görüntülərdən məlum olur ki, qəza “BMW” markalı minik avtomobilinin idarəetmədən çıxması nəticəsində baş verib. Belə ki, avtomobil köməkçi yoldan əsas yola çıxarkən idarəetmədən çıxaraq 132 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun önünə doğru hərəkət edib. Nəticədə toqquşma qaçılmaz olub, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.