Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda 18 yaşlı qız intihara cəhd etdi - atası tərəfindən seksual zorakılığa məruz qalıb

Bakıda 18 yaşlı qız intihara cəhd edib.

Hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib. 2004-cü il təvəllüdlü E. Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalır və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo)