Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı və İrəvanda yaşayış səviyyəsi müqayisəsi olundu

Mənzil kirayəsinə çəkilən xərclər nəzərə alınmasa, Bakıda yaşayışın dəyəri İrəvana nisbətən 28,7 faiz aşağıdır.  

Bu barədə dünyanın ən böyük məlumat bazası olan “Numbeo”nun araşdırmasında qeyd olunur. Kirayə haqqı əlavə edilsə, Bakıda yaşayış dəyəri34,4% aşağıdır.

Araşdırma nəticəsində ortaya çıxan statistik rəqəmləri təqdim edirik:

Bakıda kirayə qiymətləri İrəvandan 50,1% aşağıdır.

Bakı restoranlarında qiymətlər İrəvandan 26,0% aşağıdır.

Bakıda ərzaq qiymətləri İrəvandan 20,0% aşağıdır

Bakıda alıcılıq qabiliyyəti İrəvanla müqayisədə 36,7% yüksəkdir.

İrəvanda 3875 dollar (təxminən 1 500 000 dram) xərclənərək yaşanılan həyat səviyyəsi üçün Bakıda 2543 dollar (təxminən 4324 manat) xərcləmək lazımdır. Bu zaman hər iki paytaxtda mənzil kirayələnməsi nəzərə alınır.