Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı metrosunun işində problem yaranıb

Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır", - məlumatda bildirilib və əlavə edilib ki, qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq.

Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.

08:36

Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.

Sərnişinlərin bildirdiyinə görə, 15 dəqiqədən çoxdur ki, qatarlar hərəkət etmir.

Məlumata görə, bəzi stansiyalarda sərnişinləri qatardan düşürüblər.