Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı avtovağzalında 30 min dollarlıq oğurluq

Bakıda külli miqdarda pul oğurlayan şəxs tutulub.

DİN-in Mətbuat xidməti xəbər verir ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30.000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.