Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Azovstal"dan 959 döyüşçü çıxarılıb

Mariupoldakı Azovstal polad zavodundan çıxarılmış ukraynalı döyüşçülər Donetskdəki Yelenovka kəndində keçmiş islah koloniyasına aparılıb. Bu haqda “Reuters” şahidlərə istinadla xəbər yayıb. Həmin koloniya hazırda Rusiya hərbçilərinin və Donetskdəki separatçıların nəzarətindədir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Azovstal-dan ümumilikdə 959 hərbçi çıxarılıb, onlardan 51 yaralı Donetsk vilayətindəki Novoazovsk xəstəxanasına aparılıb.

Rusiya döyüşçülərin “təslim olduqlarını” bildirir.

Mayın 17-də axşam yayılmış məlumata görə, Azovstal-dan ukraynalı döyüşçüləri aparan azı yeddi avtobus rusiyayönlü qüvvələrin müşayiəti ilə yola düşüb

Ukrayna hakimiyyəti Rusiya Müdafiə Nazirliyinin son məlumatını şərh etməsə də, daha öncə hərbçilərin Azovstal-dan komandanlığın göstərişilə çıxdıqlarını təsdiqləyib. Zavodda neçə döyüşçünün qaldığı bəlli deyil.

Azov alayının döyüşçüləri martın əvvəlindən mühasirədə olan Mariupol liman şəhərini müdafiə edirdilər.