Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Azov” komandirləri silahı yerə qoydu

“Azov” komandirinin müavini Svyatoslav Palamar “Azovstal”ı tərk edib.

Bu barədə Rusiyanın “Birinci Kanalı”nın müxbiri İrina Kuksenkova “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Palamar ona təhkim edilmiş fərdi silahlarını - pulemyotunu və tapançasını təhvil verib.

Qeyd edək ki, “Azov” komandiri Denis Prokopenkonun da “Azovstal”ı tərk etdiyi bildirilir. Ukrayna hələlik bu məlumatı təsdiqləməyib.

Bundan əvvəl Rusiya mətbuatı 36-cı dəniz piyada briqadasının komandiri Sergey Volınskinin “Azovstal”lı tərk etdiyi barədə məlumat yayıb.