Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlıları təhqir edən bloqer İrəvanda həbs edildi

İrəvan məhkəməsi anti-Azərbaycan, eyni zamanda da rusiyayönümlü mövqeyə malik bloger və prodüser Armen Qriqoryanın həbsi ilə bağlı qərar çıxarıb.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat verib. O, bildirib ki, Qriqoryan 2 ay müddətinə həbs edilib.

Bundan əvvəl Milli Təhlükəsizlik Xidməti Qriqoryanın vətəndaşların milli ləyaqətini açıq şəkildə alçaltdığına görə saxlandığını bildirmişdi.

Məlumata görə, Qriqoryan müsahibələrinin birində iki rayonun sakinlərinin milli ləyaqətini alçaldıb, onların milli mənsubiyyətini şübhə altına alıb. Artıq məhkəməyə Qriqoryanın həbsi ilə bağlı vəsatət verilib.

Qeyd edək ki, Qriqoryan dəfələrlə müxtəlif resurslarda Azərbaycan əleyhinə sərt, təhqiramiz ifadələr işlədib.