Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlı QHT sədri Hulusi Akarla görüşüb

“Qardaşlığımız Ədəbidir” QHT koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Komissiyasının sədri, millət vəkili, sabiq müdafiə naziri Hulusi Akarla görüşüb. Görüşdə Türkiyə Müharibə Veteranları Birliyinin sədri Bəyazıd Yumuk da iştirak edib. 

Hulusi Akar 44 günlük Vətən Müharibəsində və bir günlük antiterror əməliyyatlarında Azərbaycan Ordusunun əldə etdiyi yüksək nailiyyətlərə sevindiyini bildirib. Antiterror tədbirlərinin dünya hərb tarixində ən önəmli əməliyyatlardan biri olduğunu qeyd edib, ordumuzun və diplomatiyamızn qələbəsi ilə fəxr etdiyini bildirib.

Azərbaycanda səfərdə olduğunu, Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevlə, o cümlədən Silahlı Qüvvələrdə Azərbaycan hərbçiləri ilə görüşlərini xatırladan Hulusi Akar hərbi yönümlü təşkilatların əməkdaşlığını yüksək qiymətləndirdiyini söyləyib.

Emin Həsənli yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib və hərbi yönümlü təşkilatların bundan sonra da əlaqələrimizin möhkəmlənməsinə töhfə  verəcəyini qeyd edib.

Görüşdə İki dövlət arasında əlaqələrin Heydər Əliyevin “bir milləti, iki dövlət", Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” formulu əsasında prezidentlər İlham Əliyev və Rəcəb Tayib Ərdoğan tərəfindən daha yüksək səviyyəyə qaldırıldığı və bu xəttin davam etdiriləcəyi vurğulandı.

Türkiyə Müharibə Veteranları Birliyinin sədri Türkiyə qazilərinin Azərbaycana, Azərbaycan qazilərinin Türkiyəyə qarşılıqlı səfərlərindən bəhs edib. Eyni zamanda Türkiyə dövlətinin son zaman qazilərə daha çox diqqət ayırması və müdafiə komissiyasının sədri kimi Hulusi Akarın bu məsələyə xüsusi diqqət yetirməsi, hərbi dərnəklərlə tez-tez görüşməsi qeyd olunub.

Sonda Hulusi Akar əlaqələrin genişlənməsi üçün həm general kimi, həm millət vəkili kimi, həm də parlamet komisiyasınıən sədri kimi öz üzərinə düşən hər şeyi etməyə hazır olduğunu bildirib.