Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın 8 ayda əsasən hansı ölkələrə neft ixrac edib?

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 10 ölkəyə 14 milyon 677 min 952 ton neft ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkə İtaliya, Çexiya və Rumıniyadır.

2026-ci ilin 8 ayında Azərbaycan İtaliyaya 5 milyard 226 milyon 65 min ABŞ dolları dəyərində 8 milyon 470 min 707,2 ton, Çexiyaya 712 milyon 773 min ABŞ dolları dəyərində 1 milyon 60 min ton və Rumıniyaya 581 milyon 707 min ABŞ dolları dəyərində 924 min 914 ton xam neft ixrac edib.

Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-avqust aylarında neft ixrac etdiyi TOP-10 ölkənin siyahısı göstərilib:

ÖlkələrMiqdar (ton)2025-cü ilin yanvar-sentyabr aylarına nisbətənStatistik dəyər (min ABŞ dolları)2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən
1İtaliya8 470 707,19-7,9 %5 226 065,04+ 8,84 %
2Çexiya1 060 041,1-13 %712 772,98+9,1 %
3Rumıniya924 913,09+19 %581 706,77+35,5 %
4Hindistan524 337,96+300 dəfə399 206,99+510 dəfə
5Tunis429 376,15+2,3 dəfə266 294,27+2,6 dəfə
6Almaniya449 549,89-46,6 %262 272.61-46,6 %
7Bolqarıstan358 842.99+4,5 dəfə253 113,5+5,2 dəfə
8Portuqaliya395 031,62-44,7 %221 958,01-42,4 %
9İsveçrə272 501,37+3 dəfə193 596,32+3,6 dəfə
10Yunanıstan284 374,74+22,4 %182 764,51+41,7 %
11Digərləri1 508 275.51x982 142.55x
 Cəmi14 677 951,6-7,8 %9 281 893,55+10,5 %