Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
15 Sentyabr 2026
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana ümumilikdə 17 milyon 602.76 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi 33 milyard 238.39 milyon ABŞ dolları təşkil edib.