Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir
18 Oktyabr 2024
18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
33 il öncə -18 oktyabr 1991-ci ildə Azərbaycan parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul edib.
Bu sənədlə Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş və Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi nəticəsində süqut etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib.
Konstitusiya Aktına görə, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara tam bərabərlik təmin edilib.
30 il ərzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub. Ancaq 2021-ci ildə əlamətdar tarix Müstəqilliyin Bərpası Günü olaraq dəyişdirilib.
2006-cı ilədək 18 oktyabr iş günü deyildi.