Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda 41 yaşlı alim intihar edib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərli intihar edib.

O, ötən gün çoxlu miqdarda dərman qəbul edərək həyatına son qoyub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.İsgəndərli 1981-ci il noyabrın 18-də anadan olub. Əhəmənilər dövrü arxeologiyası üzrə mütəxəssis Bakı Dövlət Universitetini bitirib. (Report)