Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan xalqı adından Fransa Senatına və xalqına ünvanlanmış Petisiyanı 20 min adam imzalayıb

Xəbər verdiyimiz kimi, bir qrup həmyerlimiz Fransanın ölkəmizə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə bağlı cəmiyyətə çağırış edib.

Fərqli şəhər və bölgələri təmsil edən vətəndaşlarımız Mesopinions.com Fransa petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib.

"Fransa Senatının üzvləri ölkəmizə qarşı ittihamlar irəli sürüblər və bir sıra qadağaların tətbiqi üçün hazırlanmış qətnamə layihəsini 15 noyabr tarixində müzakirəyə çıxaracaqlar. Bu sənəddə Azərbaycanın ermənilərə qarşı “kütləvi cinayətlər” törətdiyi iddia edilir, erməni köçkünlərinin öz torpaqlarına qayıtmaları, Avropa ölkələrinə neft və qazın idxalına qadağaların qoyulması və digər məsələlər qeyd edilib. Bütün bu ittiham və qadağalara cavab olaraq biz petisiya yaratdıq və hər kəsi onu imzalamağa çağırırıq! Məhz indi bizim bir xalq kimi birləşməyimizin vaxtıdır! Biz öz gücümüzü, birliyimizi, nümayiş etdirməliyik! 30 il ərzində ermənilərin bizi elə öz torpaqlarımızda sıxmaqlarına dözmüşük! Atrıq bizim igid oğullarımız həmin torpaqları düşmən işğalından azad ediblər. İndi isə şəhidlərin qanının yerdə qalmasına imkan verməməliyik, bizə qarşı bu cür ittihamlara birlikdə cavab vermək üçün əlimizdən gələni etməliyik!" - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, ABŞ tərəfindən maliyyələşdirilən və Şərqi Avropanın ən böyük mediaholdinqlərindən biri olan “Radio Svoboda” (Radio Free Europe) Azərbaycan xalqı adından Fransa Senatına və xalqına ünvanlanmış Petisiyanı işıqlandırıb. Bu paylaşımlar mediaholdinqin 4 platformasında – Rusiyanın “Radio Svoboda”, “Exo Kavkaza”, Ermənistanın “Radio Azatutyun” saytları və Teleqram kanalında yerləşdirilib.

“Fəallar və petisiya müəlliflərinin sözlərinə görə, Fransa Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli mövqeyindən əl çəkməli və daha balanslaşdırılmış mövqe almalıdır. Sənəddə, həmçinin danışıqlar prosesinə şans verilməsi, Azərbaycana qarşı ittihamlar və sanksiyalarla vəziyyətin gərginləşdirilməməsi ilə bağlı çağırışlar yer alıb”, – “Radio Svoboda” qeyd edib.

Həmçinin paylaşımlarda oktyabrın 15-i Bakıda Fransa səfirliyinin qarşısında keçirilən aksiya barədə məlumat verilib. “Aksiya zamanı qadınlar əllərində 2020-ci ildə, Qarabağ münaqişəsində Gəncənin raket atəşinə tutulması zamanı həlak olmuş uşaqların şəkillərini saxlayırdılar. Bu hücumlar zamanı 12-si uşaq olmaqla, onlarla dinc əhali həlak olub… Aksiyada iştirak edən qadınların sözlərinə görə, onlar buraya kortəbii şəkildə, keçən həftənin ortalarında Fransa Senatına ünvanlamış petisiyanı dəstəkləmək üçün çıxıblar”, – paylaşımda deyilir.

Bundan başqa, keçən həftənin sonunda Petisiya “Parisdə Azərbaycan Evi” Facebook səhifəsində yerləşdirilib və Fransanın Azərbaycanda Dostları Assosiasiyasının Twitter hesabında anons edilib. Həmçinin Fransanın “Caucase de France” saytında sözügedən aksiya haqqında məqalə dərc edilib.

Beləliklə, Petisiya artıq Azərbaycan mövqeyinin xaricdə irəliləməyində mühüm alətlərdən birinə çevrilir. Bu, Petisiyaya niyə dəstək göstərilməlidir sualının cavabıdır. Nə gədər çox insan ona dəstək olaraq səs versə, bir o qədər çox müxtəlif dillərdə olan xarici KİV-lər Fransa Senatının Azərbaycana qarşı tətbiq etmək istədiyi sanksiyalar və Ermənistana hərbi köməkliyin göstərilməsi ilə bağlı azərbaycanlıların fikirlərini bildirəcəklər.

Onu da qeyd edək ki, artıq petisiyanı 20 minə yaxın adam imzalayıb.

FRANSAYA QARŞI PETİSİYANIN İMZALANMASI QAYDASI

Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.

Petisiyaya qoşulmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:

//www.mesopinions.com/.../appel-nom-peuple.../189012

Petisiyanın Azərbaycan dilində tam mətni

Səsvermədə iştirak etmək üçün təlimat