Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və İsrail enerji sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edib

Oktyabrın 14-də Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və bu ölkənin energetika və infrastruktur naziri Eli Koen enerji sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edib.

Eli Koen X platformasında bildirib ki, İsrail Azərbaycanla əlaqələrini gücləndirir.

“ Bu gün mən Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla görüşdüm və enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsini müzakirə etdim. Xarici işlər naziri olarkən şiə müsəlman ölkəsinin ilk səfirliyi olan Azərbaycanın İsraildəki səfirliyinin açılışını etdim. Azərbaycanla əlaqələrimiz strateji xarakter daşıyır və mən ölkələrimiz arasında bütün səviyyələrdə münasibətlərin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək niyyətindəyəm”, o qeyd edib.