Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Türkiyədən "Barkan" almaq niyyətindədir

Azərbaycan Türkiyədən “Barkan” adlı insansız hərbi maşın almaq niyyətindədir.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə məlumatı sözügedən hərbi texnikanı istehsal edən “HAVELSAN” şirkətinin İdarə Heyətinin sədri Hacı Ali Mantar açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri artıq bir neçə “Barkan” ilə təmin edilib. “Barkan”ın xarici ölkələrə satışına gəldikdə isə Mantar qeyd edib ki, hazırda Azərbaycan, Ukrayna, Pakistan, Qətər və s. digər ölkələrlə danışıqlar aparılır.

O bildirib ki, “Barkan” 5-6 ay əvvəl istifadəyə verilib.