Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan sərhədini qanunsuz keçməyə çalışan 22 qeyri-leqal miqrant saxlanılıb

24, 26 və 27 sentyabrda Azərbaycan sərhədçiləri ölkə  sərhədlərini qanunsuz keçməyə cəhd göstərən Əlcəzair (3 nəfər) və Pakistan (19 nəfər) vətəndaşlarını saxlayıblar.

İlk hadisə "Şəmkir" sərhəd dəstəsinin ərazisində əlcəzairli Abdulkader Ben Bahi Azərbaycandan Gürcüstana keçmək istərkən qeydə alınıb.

kinci hadisə iki gün sonra  qeydə alınıb. Yenidən iki əlcəzairli "Xudat" sərhəd dəstəsinin ərazisində Azərbaycandan Rusiyaya qanunsuz keçməyə cəhd ediblər.

Sentyabrın 26-da  və 27-də axşam 19 nəfər Pakistan vətəndaşı  "Zaqatala" sərhəd səstəsinin ərazisində Gürcüstana qanunsuz keçməyə cəhd edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılanlar Azərbaycana rəsmi şəkildə gəliblər və dövlət sərhədini pozaraq Avropa ölkələrindən birinə qeyri-leqal miqrasiya etmək niyyətində olublar.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.