Azərbaycan Peyk Modelçiliyi tarixində ilkə imza atıldı.
11 Oktyabr 2024
Milli Aviasiya Akademiyasının (MAA) Orion komandası Teknofest-2024 Aerokosmik və Texnologiya Festivalının Model Uydu (CanSat) yarışında uğura imza atdı. 2-6 oktyabr 2024-cü il tarixlərində Türkiyənin Adana şəhərində keçrilən yarışda ilk dəfə iştirak edən "Orion" komandası ölkəmizi uğurla təmsil edərək, ikinci yerə layiq görülmüş və tədbirin xüsusi mükafatı ilə təltif olunmuşdur.
MAA-nın “Orion” komandasının peyk modelistləri TURKSAT-ın 9 ildir keçirdiyi "Peyk Modelçiliyi" müsabiqəsində finala yüksələn və dərəcə qazanmış ilk Azərbaycan komandasıdır.
Komandaya mentor dəstəyi Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin sədri Ceyhun Xalilov tərəfindən verilib.