Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb
03 Sentyabr 2026
Dünya bazarında Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb.
“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,46% artaraq 101,96 ABŞ dollarına yüksəlib.
Bundan əvvəl Azərbaycan nefti 97,61 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.