Logo
news content
User
Kateqoriyalar

Xəbər

AZAL İsrailə reysləri ləğv edib

AZAL dövlət aviaşirkəti Livan sərhədində genişmiqyaslı hərbi əməliyyatlar ilə əlaqədar İsrailə reysləri növbəti dəfə ləğv edib. AZAL-ın məlumatında deyilir ki, bu, "təhlükəsizlik səbəbi ilə" edilib.

“Təl-Əvivə biletləri olan sərnişinlər tam ödəmə ilə bileti geri qaytara və ya bileti pulsuz başqa reysə dəyişə bilər. Bakı–Tel-Əviv–Bakı marşrutu üzrə uçuşların bərpası barədə əlavə məlumat vəziyyətin inkişafından asılı olaraq veriləcək. Aviaşirkət sərnişinləri istənilən dəyişikliklər barədə operativ məlumatlandıracaq”, - aviaşirkətin məlumatında deyilir.