Logo
news content
User
Kateqoriyalar

Xəbər

AZAL-ın İstanbul-Bakı reysi ilə uçan təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.