“Axios”: ABŞ İrana "son zərbə"ni endirməyə hazırlaşır
26 Mart 2026
Danışıqlar effekt verməyəcəyi təqdirdə, ABŞ İrana “son zərbə” endirəcək.
Bu barədə “Axios” anonim ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, buna İranın Xarq, Əbu Musa adalarının tutulması və quru əməliyyatlarının başlaması da daxildir.
Bundan başqa, İranın neft tankerləri ələ keçirilə və nüvə, enerji təsisatlarına zərbələr endirilə bilər.
Qeyd edilib ki, qüvvələr hazır vəziyyətdədir, lakin hələlik bununla bağlı qərar verilməyib.