Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropada Ukrayna maşın nömrələrini oğurlayırlar - SƏBƏB

Bolqarıstan sakinləri pulsuz parklamadan istifadə etmək üçün ukraynalıların avtomobillərindən dövlət nömrə nişanlarını oğurlamağa başlayıblar.

Bu barədə mk.ru məlumat yayıb.

Xarkovdan Bolqarıstana köçən Svetlana adlı qaçqın nəşrə bildirib ki, artıq bu adi hal alıb:

“Maşın nömrələrimiz daim oğurlanır. Əvvəlcə bunun nə ilə əlaqəli olduğunu başa düşmürdük. Məlum oldu ki, Ukrayna nömrəli avtomobillərin parklanmasına pulsuz icazə verilib. Bunu görən bolqarlar öz avtomobillərinə görə pul verməmək üçün Ukrayna nömrələrini oğurlamağa başlayıb”.

Qaçqının sözlərinə görə, hadisəyə polis müdaxilə etmədiyi üçün Ukraynadan dublikat nömrə sifariş etməli olurlar.