Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa klub turnirləri necə keçiriləcək? - Yeni format

Avropanın futbol qurumu UEFA klub turnirlərinin formatını dəyişir: 2024-2025 mövsümündən hər üç turnirdə vahid liqa sistemi tətbiq olunacaq.

Novator.az bildirir ki, yeniliyə görə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birinin əsas mərhələsində 36 komanda yarışır, Çempionlar Liqası və Avropa Liqasında komandalar 8 oyun (4-ü evdə, 4-ü səfərdə), Konfrans Liqasında 6 oyun (3-ü evdə, 3-ü səfərdə) keçirir.

İsveçrə sistemi adlı formata görə, 36 komanda reytinq əsasında sıralanır, birinci turda cütlüklər belə müəyyənləşir:

1-ci komanda – 19-cu komanda

2 – 20

3 – 21

4 – 22

5 – 23

6 – 24

7 – 25

8 – 26

9 – 27

10 – 28

11 – 29

12 – 30

13 – 31

14 – 32

15 – 33

16 – 34

17 – 35

18 – 36.

İkinci turda birinci turun qalibləri öz aralarında, məğlubları öz aralarında, heç-heçə edənləri öz aralarında oynayır.

Üçüncü turdan başlayaraq eyni xallı komandaların şərti qruplara bölünərək bir-biri ilə qarşılaşması qaydası işə düşür.

Sonda turnirlərdə ilk 8 pilləni tutan komandalar növbəti mərhələyə vəsiqə alır, 9-24-cü yerlərdəki komandalar bundan ötrü daha iki oyun (evdə və səfərdə) keçirir.

Hazırda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində 32 komanda yer alır, onlar 8 qrupa bölünərək iki dövrədə yarışırlar.