Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ancelina Coliyə bənzəmək üçün 50 dəfə əməliyyat olunan iranlı qadın həbsdən buraxıldı - VİDEO

Məşhur aktrisa Ancelina Coliyə oxşamaq üçün çoxlu plastik əməliyyat etdirdiyini iddia edən 21 yaşlı iranlı fenomen Səhər Tabar həbsdən azad edilib. 

O, 2019-cu ildə mübahisə etdiyi insanları təhqir etdiyinə görə və korrupsiya ittihamı ilə həbs olunmuşdu. Həbsdən çıxan gənc qadın hamı tərəfindən maraqla qarşılanan xarici görünüşünün sirrini də açıqlayıb. O, Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün proqramlardan yararlandığını etiraf edib:

“Ən asan yol bu idi. Aktyor kimi məşhur olmaq istəyirdim. Çünki uşaqlıqdan məşhur olmaq istəyirdim".

Qeyd edək ki, Səhər Tabarın Coliyə bənzəmək üçün 50 dəfə plastik əməliyyat etdirdiyi iddia olunurdu.

[video width="854" height="480" mp4="https://pressklub.az/wp-content/uploads/2022/10/سحر_تبر_از_زندان_آزاد_شد___فیلم_بعد_از_آزادی_auto-1.mp4"][/video]