Logo
news content
User
Kateqoriyalar

Xəbər

Amerikalı senator və konqresmenlər siyasi məhbuslarla bağlı Bakıya təzyiq edilməsini istəyiblər

Cümə axşamı 60-a yaxın amerikalı qanunverici dövlət katibi Entoni Blinkinə müraciət edərək COP29 iqlim sammitinə qədər siyasi məhbusları azad etmək üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyi xahiş edib.

Arasında 10 senator və 48 konqresmenin olduğu qanunvericilər Blinkeni Azərbaycanı siyasi məhbusların azad edilməsi üçün "real tədbirlər" görməyə məcbur etməyə və Ermənistana qarşı "sülh danışıqlarını pozma riski" daşıyan təxribatçı bəyanatları pisləməyə çağırıblar.

"Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli mühit yaratmaqdan ötrü etnik ermənilər də daxil olmaqla, bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə nail olmağa çağırırıq", - məktubda deyilir.