Logo
news content
User
Kateqoriyalar

Xəbər

Amerikalı jurnalist: “Şoyqu dövlət çevrilişi edə bilər...”

Amerikalı jurnalist Ceyms Paçileo özünün Twitter hesabında yazıb ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu gələn həftə ölkədə dövlət çevrilişi həyata keçirə bilər. Jurnalist bu iddianı ABŞ rəsmilərinin təxminlərinə istinadən irəli sürüb.



Onun bildirdiyinə görə, Putin Şoyqunun dövlət çevrilişi həyata keçirə biləcəyindən ehtiyat edir və buna görə də müdafiə nazirinin zərərsizləşdirilməsi mümkündür. Vaşinqtonda ehtimal edirlər ki, Kreml Şoyqunu istefaya göndərməyə, onu “xain və korrupsioner” elan etməyə, məhkəməyə verməyə hazırlaşır.



Şoyqu 2012-ci ildə müdafiə naziri təyin edilib və Putinə ən yaxın şəxslərdən biridir. Lakin Ukraynadakı hərbi əməliyyatlarda Rusiya ordusunun ağır itkilər verməsi, qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməməsi və Kiyev ətrafına ilişib qalması onun imicinə ciddi zərbə vurub. Rusiya ordusunun döyüş qabiliyyətinin əslində çox aşağı olduğu üzə çıxıb, Baş qərargah rəisi Valeri Gerasimovun hibrid müharibə doktrinası Ukraynada iflasa uğrayıb və bunun da Kremldə müdafiə nazirinə qarşı hiddətə səbəb olması mümkündür.