Almanların 88 faizi Merts hökumətindən narazıdır
08 Sentyabr 2026
Almaniya sakinlərinin təxminən 90 faizi kansler Fridrix Merzin rəhbərlik etdiyi federal hökumətin fəaliyyətindən narazıdır.
Bu barədə “Infratest dimap” tədqiqat institutunun ARD telekanalı üçün keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.
Sorğuya əsasən, respondentlərin 88 faizi federal hökumətin fəaliyyətindən müəyyən dərəcədə və ya tamamilə narazı olduğunu bildirib. Nazirlər Kabinetinin fəaliyyətindən razı qalanların göstəricisi isə cəmi 10 faiz təşkil edib.
Narazılıq daha çox kansler Fridrix Merzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqına (XDİ) yönəlib. Respondentlərin 63 faizi XDİ-nin fəaliyyətindən narazı olduğunu bildirib. Sosial Demokrat Partiyası (SDP) üzrə bu göstərici 22 faiz, Xristian Sosial İttifaqı (XSİ) üzrə isə 7 faiz təşkil edib.
Sorğuda iştirak edənlərin yalnız 14 faizi Merzin Almaniyanı qarşıdakı çətinliklərdən uğurla çıxara biləcəyinə inanır. Respondentlərin 82 faizi isə buna şübhə ilə yanaşır.
Məlumata görə, Merzin ölkəni qarşıdakı sınaqlardan uğurla çıxara biləcəyinə şübhə edənlər arasında digər partiyaların tərəfdarları ilə yanaşı, XDİ/XSİ blokunun hər iki seçicisindən biri də var.