Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniyada İrandakı etirazçılara dəstək nümayişində 80 000 nəfər iştirak edib

Almaniyanın paytaxtı Berlində İrandakı etirazçılara dəstək nümayişində 80 000 nəfər iştirak edib.

Aksiyada qadın hüquqlarını müdafiə edən Avropa təşkilatlarının nümayəndələri də iştirak edib. Aksiyaçılar “Qadınlar, həyat, azadlıq” şüarını səsləndiriblər.

Dinc şəraitdə keçən aksiyaya polis nəzarət edib. Aksiya zamanı heç bir qarşıdurma qeydə alınmayıb.