Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniya Ukraynaya haubitsalar və RYAS, Britaniya orta mənzilli raketlər verəcək

Almaniya Ukraynaya əlavə “Panzerhaubitze 2000” haubitsaları və “MARS II” reaktiv yaylım atəşi sistemləri (RYAS) verməyi öhdəsinə götürüb.

UNİAN xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin tviter mikrobloqunda bildirilib.

“Ramşteyn” formatında (təxminən 50 dövlətin daxil olduğu Ukraynanın müdafiəsi üzrə beynəlxalq təmas qrupu) görüş müharibə - Rusiyanın raket hücumları və Rusiyada qismən səfərbərlik, saxta referendumlar və Ukraynanın əks-hücumları dövründə keçirilir. Biz hazırkı dəstəyimizi koordinasiya edirik. Bir neçə həftə ərzində Ukraynaya əlavə “PzH2000” və “MARS II” veriləcək”, - Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Böyük Britaniya hökuməti isə Ukraynaya ABŞ-ın NASAMS zenit-raket kompleksləri üçün AIM-120 orta mənzilli raketləri (Advanced Medium Range Air-to-Air Missile, AMRAAM) verəcək.



“The Times” qəzeti xəbər verir ki, ABŞ rəhbərliyi bu ilin sonuna qədər Ukraynaya iki NASAMS zenit-raket kompleksləri göndərəcək.

Eyni zamanda, Vaşinqton daha altı belə kompleksi daha sonra təhvil verəcəyini vəd edir.

Nəşr həmçinin qeyd edib ki, Britaniya hökuməti Ukraynaya əlavə 18 haubitsa təhvil verəcək. Bundan əvvəl London artıq Ukrayna hakimiyyətinə 20 M109 haubitsa göndərmişdi.

Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, NASAMS üçün Kiyevə raketlərin tədarükü son günlər Rusiya Silahlı Qüvvələrinin Ukraynada energetika, hərbi komandanlıq və rabitə obyektlərinə kütləvi zərbələr endirməsi ilə bağlıdır. “The Times” vurğulayıb ki, çərşənbə günü Brüsseldə Uollesin NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə Ukraynaya yeni yardım paketi müzakirə olunub.