Almaniya ABŞ-la bir yerdə deyil: Rusiyaya qarşı yeni sanksiyalardan imtina etməyəcək
10 Oktyabr 2026
Almaniya yanacaq qıtlığını azaltmaq məqsədilə Moskva və Vaşinqtonun dizel yanacağının dünya bazarlarına tədarükü barədə razılaşmasına baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə çalışmaqda davam edəcək.
AFP xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi Ştefan Kornelius bildirib.
Onun sözlərinə görə, Almaniya ABŞ-nin Rusiya və Ukrayna arasında müharibənin başlamasından sonra Moskvaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmaq qərarını diqqətə alıb.
Bununla belə, Berlin Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsində avropalı tərəfdaşları ilə əməkdaşlığı davam etdirir.