Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alen Simonyan: "İlin sonunadək sülh müqaviləsi imzalaya bilərik"

“Azərbaycan və Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilər”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

“Mən də sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyirəm. Amma ortada sənəd yoxdur. Yalnız yüzlərlə təklif və fikir var”, - o bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan ilə Azərbaycanın bu ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan etmişdi.