Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alen Simonyan: “Bakı və İrəvan dövlət sərhədini MDB sənədləri əsasında rəsmiləşdirməlidirlər”

“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sonradan demarkasiyası üzrə işlər MDB-nin fundamental sənədləri əsasında aparılmalıdır”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Səmərqənddə keçirilən MDB Parlamentlərarası Assambleyasının iclasında deyib.

“Biz regionda tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa çalışırıq. Hesab edirik ki, sərhədin delimitasiyası və sonradan demarkasiyası üzrə işlər MDB-nin fundamental sənədlərinə (bunlara əsasən, sovet respublikalarının keçmiş inzibati sərhədləri artıq müstəqil dövlətlər arasında, o cümlədən Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinə çevrilib) əsaslanmalıdır”, - deyə o bildirib.