Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ missiyası ilk patrul üçün Azərbaycanla sərhədə yollandı - VİDEO

Avropa İttifaqının müşahidə missiyası Azərbaycanla sərhədə ilk patrul üçün yollanıblar.

Bu barədə məlumat Aİ-nin tviter hesabında paylaşılıb.

Məlumata görə, monitorinq missiyası 2 ay ərzində tərəflər arasında etimadı gücləndirmək üçün vəziyyəti müşahidə edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın əvvəli Praqada baş tutan danışıqların yekununda Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub. Missiya müvəqqəti xarakter daşıyır və 2 aydan çox davam etməyəcək.