Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı ölkələri İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə TASS məlumat yayıb. Sanksiyalara səbəb Tehranın Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verməsidir.

Bundan əvvəl Aİ-nin İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə məşğul olduqları iddia edilən 8 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edəcəyi bildirilirdi.

Avropalı diplomatlar agentliyə bildiriblər ki, "qara siyahı"ya salınmış şəxslərin adları gün ərzində səfirlərə təqdim olunacaq.

Yüksək vəzifəli məmur deyib ki, fərdi sanksiyalar iqtisadi sanksiyalardan daha tez həyata keçirilə bilər. Çünki İranın onsuz da ağır sanksiyalar altında olduğunu nəzərə alsaq, iqtisadi sanksiyaların güclü təsir göstərməsi ehtimalı azdır.