Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ Gürcüstanla vizasız rejimin dayandırılması barədə qərar verə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılması məsələsini faktiki olaraq razılaşdırıb.

Bu barədə Gürcüstan KİV-i mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlikləri ilə məsləhətləşmələr və razılaşmalar mərhələsi artıq başa çatıb, lakin yekun qərar Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Ölkədə demokratik prinsiplər, o cümlədən azad seçkilər prinsipi sahəsində vəziyyət pisləşərsə, Aİ müvafiq qərar qəbul edə bilər.

Qeyd olunub ki, vizanın liberallaşdırılmasının dayandırılması Aİ-yə üzv dövlətlər arasında tam konsensus tələb etməyən qərardır.