Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Evə mətbuat katibi tapılmır - Tramp işi Rubio və Bessentə tapşırıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ Evin mətbuat katibi funksiyalarını bir müddət qurumların rəhbərləri, o cümlədən dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent icra edəcək.

Bu barədə Tramp İrlandiyadan ABŞ-yə yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

"Bunu (Ağ Evin mətbuat katibi olmağı - red.) istəyən çoxlu insanımız var. Çoxları bunu istəyir, çoxları bununla bağlı müraciət edib", - o deyib. Mümkün namizədlərin siyahısı haqqında suala cavab olaraq ABŞ Prezidenti qeyd edib ki, "ola bilsin, onu həftəsonu ərzində tərtib edib".

"Bir müddət biz aşağıdakı kimi hərəkət edəcəyik. Biz nazirlərin, məsələn, Markonun (Rubio) xidmətlərindən istifadə edəcəyik", - Tramp, sentyabrın əvvəlində Ağ Evdə jurnalistlər üçün brifinqi ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin keçirdiyini xatırladaraq bildirib.

"Biz Skottun (Bessent) köməyinə müraciət edəcəyik, (ticarət naziri) Hovardın (Latnik) xidmətlərindən yararlanacağıq, bu məqsədlə bir çox nazirlərdən istifadə edəcəyik", - Tramp davam edib.

O əlavə edib ki, təhsil naziri Linda Makmeon da Ağ Evin mətbuat katibi rolunda çıxış edə bilər.

"Son nəticədə mən bu məsələni həll edəcəyəm. Növbəti Marko olacaq", - Tramp bildirib.