Logo
news content
User
Kateqoriyalar

Xəbər

AFFA Çempionlar Liqasındakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək - FOTO

AFFA Almaniyada "Leyptsiq" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunu zamanı erməni azarkeşlərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.

Bu barədə açıqlamasında milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.

AFFA rəsmisi məsələ ilə bağlı məlumatlarının olduğunu vurğulayıb: "Müvafiq şəkildə sənədlər hazırlanıb, UEFA-ya müraciət ünvanlanacaq".

Qeyd edək ki, təxribatçılar tribunada Qarabağdakı separatçıların "bayrağı"nı asıblar. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.