Logo
news content
User
Kateqoriyalar

Xəbər

Absurda ölkə: Rusiyada müharibəyə qarşı çıxan keşişi həbs ediblər

Rusiyanın Kostroma vilayətinin Karabanovo kəndindəki İsa məsihin Zühuru kilsəsinin rəhbəri keşiş İoann Burdin həbs olunub. BBC xəbər verir ki, o, dini bayram olan “Bağışlama günü” moizəsindən sonra tutulub. Keşişə qarşı “Silahlı Qüvvələrdən istifadənin nüfuzdan salınması” maddəsi ilə protokol tətbiq edilib.

Protokolda qeyd edilir ki, İoann ata kilsəyə gələn 10 nəfərin yanında Silahlı Qüvvələri pisləyib, insanlara Rusiya qoşunlarının Ukraynaya girdiyini, Ukraynanın Kiyev, Odessa, Xarkov və digər şəhərlərini atəşə tutduğunu, din qardaşlarını öldürdüyünü təlqin edib, eləcə də sayta təbliğat şəkilli fotolar yerləşdirib.

Vəziyyət absurd səviyyəyə çatıb: Rusiyada keşişi müharibəyə qarşı çıxdığına görə mühakimə edirlər.