Logo
news content
User
Kateqoriyalar

Xəbər

Abşeronda hamilə arvadını öldürən şəxs 7 yaşlı qızını da ğır yaralayıb

Oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirən Vüqar Nəmətov hadisə vaxtı 7 yaşlı qızına da ağır xəsarət yetirib.

Məlumata görə, 1994-cü il təvəllüdlü Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə 2015-ci il təvəllüdlü qızını da amansızlıqla döyüb. Qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun 7 yaşlı qızı Gülər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlığın vəziyyətinin indi də ağır olduğu bildirilir.

Qeyd edək ki, V.Nəmətov artıq saxlanılıb və onun barəsində cinayət işi açılıb. (Qafqazinfo)