Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ: "Yəhya Sinvar Qəzzada münaqişəyə son qoyulmasında "əsas maneə" idi"

Cümə axşamı ABŞ ümidvar olduğunu bildirib ki, HƏMAS lideri Yəhya Sinvarın ölümü Qəzza zolağında münaqişənin dayandırılmasına kömək edə bilər.

"Münaqişənin sona çatmasında əsas maneə aradan qaldırılıb və hesab edirik ki, bu, müharibəni bitirməyə imkan verir", - brifinq zamanı Dövlət Departamentinin nümayəndəsi Metyu Miller HƏMAS liderinin ölümünü Turan-ın xahişilə şərh edərkən deyib.

Prezident Bayden bu məsələ ilə bağlı öz bəyanatında qeyd edib ki, həm israillilərə, həm də fələstinlilərə daha yaxşı gələcəyi təmin edəcək siyasi nizamlanma  üçün imkan yaranıb.

"Yəhya Sinvar bütün bu məqsədlərə çatmaq üçün keçilməz maneə idi. Bu maneə artıq yoxdur", - Bayden deyib.

Dövlət katibi Entoni Blinken öz bəyanatında xatırladıb ki, oktyabrın 7-də baş vermiş terror aktları Sinvarın təşəbbüsü olub ki, bu da Qəzza sakinləri üçün fəlakətli nəticələrə gətirib çıxarıb. "Dünya onun gedişilə yaxşılaşdı",- Blinken deyib.

"Qarşıdakı günlərdə ABŞ bu münaqişəyə son qoymaq, bütün girovların azaldığa buraxılmasını təmin etmək və Qəzza sakinlərinə öz həyatını bərpa etməyə və HƏMAS-ın amansız caynağından qurtulmağa imkan verəcək yeni yol göstərmək üçün səylərini ikiqat artıracaq", - Blinken deyib.