Logo
news content
User
Kateqoriyalar

Xəbər

“ABŞ Yaponiyanın müdafiəsinə tam sadiqdir” – Baydendən Çin və Rusiyaya açıq mesaj

“ABŞ Çinlə artan gərginlik və Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Yaponiyanın müdafiəsinə tam sadiqdir”.

“Voice of America”nın məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden Yaponiyanın baş naziri Fumio Kişida ilə Tokioda görüşündə deyib.

Bayden “yaxşı dostu” adlandırdığı Kişad ilə Akasaka sarayında baş tutan söhbətində bildirib ki, ABŞ-Yaponiya ittifaqı uzun müddətdir ki, Hind-Sakit okean regionunda sülh və rifahın təməl daşıdır.

Qeyd edək ki, Bayden içəri girməzdən əvvəl sarayın girişində imperator Naruhito ilə də görüşüb. O, ABŞ-Yaponiya münasibətlərinin gücünün xalqlar arsındakı dərin əlaqələrə əsaslandığını vurğulayıb.