ABŞ Xarq adası yaxınlığında İranın neft tankerinə raket hücumu edib
09 Sentyabr 2026
İranın Xarq adası yaxınlığında iki partlayış səsi eşidilib.
Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
“Tasnim” agentliyi isə ABŞ qüvvələrinin Xarq adası yaxınlığında İrana aid neft tankerini hədəf aldığı haqda məlumat yayıb.
“ABŞ silahlı qüvvələri Xarq adasından 4 mil məsafədə İran neft tankerini raketlə hədəf alıb. Neft tankeri Xarq adasındakı dok zonasının yaxınlığında ABŞ qüvvələri tərəfindən atılan mərmi ilə vurulub. İran neft tankerinə edilən hücum nəticəsində xəsarət alan olmayıb və heyət üzvləri təxliyə olunur”, - məlumatda deyilir.