ABŞ Rusiya banklarını çökdürməyə hazırlaşır
21 Fevral 2022
ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı ilkin sanksiyalar paketini, o cümlədən ABŞ banklarına Rusiyanın iri bankları üçün əməliyyatların aparılmasına qadağa qoyub. Onların arasında Bank VTB, Sberbank, Xarici İqtisadi Bank (VEB) və “Qazprombank”ın adları var.
Reuters agentliyi informasiyanı məsələ ilə tanış olan üç nəfərə istinadən yayıb.
Onların sözlərinə görə, məhdudiyyətlər Rusiyanın Ukrayna ərazisini “işğal” edəcəyi halda nəzərdə tutulub.
Agentliyin həmsöhbətləri qeyd ediblər ki, bu tədbirlər nəticəsində tərəflərin banklar arasındakı korrespondentləri dayandırılacaq və Rusiya iqtisadiyyatına ciddi zərər vurulacaq.
Vaşinqton həmçinin bəzi rusiyalı şəxslərə və şirkətlərə qarşı sanksiyaları tətbiq etmək niyyətindədir. Onlar ABŞ bank sisteminin qara siyahısına salınacaq, amerikalılarla ticarətləri qadağan ediləcək, ABŞ-dakı aktivləri dondurulacaq.